Günün ulduz falı - 29 dekabr

Günün ulduz falı - 29 dekabr
Şou-biznes 2156
BAKU.WS 29 dekabr tarixinin qoroskopunu təqdim edir: Qoç - risk etməyə dəyər. Ulduzlar tərəfinizdə durduğundan qəlbinizdə cövlan edən ideyaları qabartmalı və həllini sürətləndirməlisiniz. Heç nədən çəkinməyin. Qabiliyyətinizdən bəhrələnin. Buğa - yəqin bilməmiş deyilsiniz ki, həftənin bu günü qazanmaq üçün sizə o qədər də düşərli deyil. Odur ki, bu istiqamətdə əziyyətə qatlaşmağa dəyməz. Əsas enerjinizi fəaliyyətə yönəldin.Əkizlər - sağlamlığınıza xüsusi diqqət yetirməklə gözlənilən təhlükəni aradan qaldıra bilərsiniz. Sonrakı saatları isə bütünlüklə sevgiyə həsr edin. Pulla bağlı sövdələşmələri təxirə salın.Xərçəng - günün ümumi mənzərəsini qənaətbəxş hesab etmək olar. Hətta ətrafınızda olanlardan bəziləri çöhrənizə təbəssüm də qata bilər. Ötən dövrlərdə buraxdığınız səhvlərdən nəticə çıxarın.Şir - olduqca aktiv gündür. Ürəyinizcə olan çoxsaylı hadisələrlə rastlaşmaq ehtimalınız var. Sevindirici xəbərlər, ümidli gələcək haqqında düşüncələr yolunuzu gözləyir.Qız - işlərinizin çox olması sizi bərk yoracaq. Amma bunun xeyirli nəticə verəcəyini düşünüb əzmkarlığınızı artırmalısınız. Axşama yaxın maraqlı bir hadisə ilə rastlaşacaqsınız.Tərəzi - ilin-günün bu vaxtında Ay da bürcünüzdə qərar tutmağa vaxt tapdı. Neyləmək olar, kosmosla kosmosluq etmək olmaz ki?! Heç olmasa ciddi işlərinizi bu günlük təxirə salmağa çalışın.Əqrəb - günün birinci yarısını süst şəkildə başa vursanız da, sonrakı müddətdə ovqatınıza müsbət təsir edə biləcək olaylarla qarşılaşacaqsınız. Aldığınız təkliflərə həssas yanaşın.Oxatan - astroloji bilgilərə əsaslansaq, bu təqvim sizin üçün müəyyən gərginliklərlə müşahidə olunacaq. Daha çox ailə üzvlərinizlə münasibətləri tənzimləməyə çalışın. Uzaq yola çıxmayın.Oğlaq - çox güman ki, bu gün boş vaxtınız çox olacaq. Belə olan təqdirdə isə mədəni istirahətə yol vermək lazım gəlir. Bu səbəbdən də ürəyinizcə olan ünvanlarda qonaq sifətilə iştirak etməlisiniz.Dolça - əgər kənar təsirlərə uymasanız, heç bir qanqaraçılıqla üzləşməyəcəksiniz. Çalışın ki, öz ideya və fikirlərinizdə qətiyyətli olasınız. Mənasız səbəbdən özünüzü gərginliyə salmayın. Balıqlar - son vaxtlar yamanca qərarsız olmusunuz. Bir az təmkinli olun. Hadisələri qabaqlamağa çalışmayın. Yalnız gündəlik qayğılarınızla məşğul olun. Başqalarının işinə müdaxilə etməyin.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 26 dekabr

Günün ulduz falı - 26 dekabr

BAKU.WS 26 dekabr tarixinin qoroskopunu təqdim edir: Qoç - göy qübbəsi varlanma ehtimalınızın yüksək olduğunu bəyan edir. Bu səbəbdən də ümid bağladığınız bütün...

2951 Şou-biznes 00:00 26 dekabr 2018

Son xəbərlər