İlk iş gününün ulduz falı - 10 dekabr

İlk iş gününün ulduz falı - 10 dekabr
Şou-biznes 1714
BAKU.WS 10 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - əsas enerjinizi sevgi münasibətlərinə yönəldin. Çünki yeganə uğurunuz bu sahə ilə bağlı olacaq. Fəaliyyət zəminində isə hansısa irəliləyişi gözləməyə dəyməz. Yalan danışmayın.Buğa - astroloji göstəricilər saat 18-ə qədər uğurlu məqamlar yaşayacağınızı bəyan edir. Sonrakı müddəti isə neytral şəkildə başa vurun. Bu gün varlanma ehtimalınız böyükdür.Əkizlər - yaxşı olar ki, ağır fiziki işlərə ara verəsiniz. Əsas gücünüzü diplomatik görüşlərə həsr edin. Səhər saat 08:13-dən qədər mənfi enerjili Ay bürcünüzə daxil olduğu üçün səhhətinizi qorumalı, səfərə çıxmamalısınız.Xərçəng - hər mənada əhəmiyyətli gündür. Bir tərəfdən çoxdan görmədiyiniz adamlarla rastlaşmağınız, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə rəvan davranışlar sizə rahatlıq bəxş edəcək.Şir - ixtiyarınızda olan bu təqvim sizin üçün o qədər də rəngarəng keçməyəcək. Yaxın olduğunuz şəxslərlə münaqişəniz gözlənilir. Fəaliyyətinizlə bağlı xoşagəlməzliklər də mümkündür.Qız - əksər sahələrdə sevindirici hadisələrlə rastlaşma ehtimalınız var. Lakin bu yönümdə maliyyə məsələləri istisna təşkil edəcək. Hər halda ovqatınıza mənfi təsir göstərən amil olmayacaq.Tərəzi - qarşınızda böyük perspektivlər durur. Hansı addım atacağınızdan asılı olan gələcək situasiyalar məsuliyyət hissinizi də artırmalıdır. Ağlınız kəsməyən işlərə ciddi yanaşmayın.Əqrəb - ağır fiziki işlərə bir qədər ara verməyiniz tələb olunur. Əks təqdirdə səhhətinizdə mənfi fəsadlar baş qaldıra bilər. Nahardan sonra şəxsi büdcənizi artırmaq üçün imkanlar qazanacaqsınız.Oxatan - bəzi cəhdləriniz uğursuzluqla nəticələnsə də, buna görə qəmlənməyə dəyməz. Çünki Göy qübbəsi nahardan sonra sizə gözlənilməz sevinc bəxş edəcək. İşdə uğurlarınız mümkündür.Oğlaq - istirahət haqqında düşünməyin. Çünki indiki məqamda bütün perspektivləriniz aktivliyinizdən asılıdır. Qarşıdakı həftədə görəcəyiniz işləri indidən planlaşdırın. Maraqlı görüşlər də labüddür.Dolça - ciddi sınaqlarla baş-başa qaldığınızı nəzərə alan ulduzlar hər hansı riskin yolverilməz olduğunu vurğulayır. Qərar çıxararkən mövcud vəziyyəti və imkanlarınızı göz önünə gətirin. Balıqlar - bu gün sizə mütləq kimsə kənardan dəstək verməlidir. Yoxsa passivliyiniz aradan qalxmayacaq. Pulla bağlı problemlərinizin həllinə çalışın. İctimai yerlərdə çox görünməyin.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 7 dekabr

Günün ulduz falı - 7 dekabr

BAKU.WS 7 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - axşama qədər Ay bürcünüzdə olsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə im...

2773 Şou-biznes 00:00 07 dekabr 2018

Son xəbərlər