Rəmişin vəziyyəti pisləşdi: “Həkimlər heç nə edə bilmirlər”

17
noy
2020
15:00
“Qaraciyərində problem var. Həkim qalmayıb ki, yanına aparmayaq. Hər həkim də bir dərman yazır, amma xeyri də olmur. Həkimlər heç nə edə bilmirlər”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında xalq artisti Rəmişin xanımı Gülü deyib. O bildirib ki, vaxtında və dəqiq diaqnoz qoyulsaydı, vəziyyət bu həddə çatmazdı:
“Qarın boşluğuna su yığılmışdı, onu çəkdirdik. Hazırda evdə müalicəsi davam edir. Ancaq dua edirəm. Allah Rəmişi mənə çox görməsin. Mənim ondan başqa heç kimim yoxdur. Nə valideynim var, nə övladım var. Hər şeyə çarə Allahdır”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...