Güllünün oğlundan sərt açıqlama: "Anamın haqqı heç kimə qalmaz"

Güllünün oğlundan sərt açıqlama: Anamın haqqı heç kimə qalmaz
Şou-biznes 132

Arabesk musiqisinin unudulmaz ifaçısı Güllünün 26 sentyabr 2025-ci ildə vəfatından sonra ailə ətrafında yaranan mübahisələr səngimir. Mərhum sənətçinin oğlu Tuğberk Gülter sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə gündəmə gəlib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Tuğberk paylaşımında anasına maddi və mənəvi zərər vuran şəxslərə işarə edərək, "Bitdi. Axşam ictimaiyyətə açıqlama veriləcək. Anama zərər verənlərin burnundan gələcək. Anamın haqqını heç kim yeyə bilməz", – deyə bildirib.

Qeyd edək ki, Güllü Yalovadakı evinin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində müğənninin qızı Tuğyan Ülkem Gülter saxlanılaraq həbs edilib.

Məsələ ilə bağlı son vaxtlar yeni səs yazılarının da üzə çıxdığı bildirilir. Həmin yazılarda Güllünün övladlarının və ailə üzvlərinin ona məxsus elektron poçt hesablarının şifrələrini dəyişməyə cəhd etdikləri iddia olunur.

Araşdırmalar davam edir.

Son xəbərlər