Geyiminə görə tənqid olunan Afət Fərmanqızı sevənlərini təhqir etdi: "Ananızdan..." (VİDEO)
25
okt
2017
10:55
Azərbaycanın tanınmış və sevilən müğənnisi Afət Fərmanqızı Instagram-da onu geyiminə görə tənqid edənlərə cavab verib.
BAKU.WS-in məlumatına görə, müğənni onu geyiminə görə ittiham edənlərə cavabında bunları yazıb: "Mən istəsəm səhnəyə çimərlik geyimi ilə də çıxaram. Buna bədən ölçülərim imkan verir. Bu geyimi bəziləri tənqid edilər ki, parçanı astarsız əynimə geyinmişəm. Dünya planetlərə səyahəti fikirləşir. Biz görün nəyi müzakirə edirik. Dostlar, sizlər gözəl bilirsiz ki, bu zərli parçanın altında ət rəngində parça var. Bunu gözü zəif insanlar görməyə bilər. Əvvəlki videoda hərəkət edərəkən o ət rəng parçanın qırışları da görünür. Deməli, ya paxıllıq, ya da göz zəfliyindən irəli gələn görməməzlikdir. Bəzilərinizə keçmiş olsun. Mənim 38 yaşım var və ananızdan yaşca balacayam. Həm də səhnə adamıyam. Bu geyimlə soğan satmağa getmirəm. Xoşu gəlməyən bloka atsın. Mənə yol göstərənlərə buradan deyirəm ki, mənə o kəs məsləhət verə bilər ki, həm savadı, həm dünya görüşü, bir sözlə hər cəhətdən məndən üstün olsun. Hələki, məsləhət verənlərin içində elə birini görmürəm. Ey məsləhət verənlər, ömrünüzdə bir dəfə kitab oxumusunuz? NazimBAKU.WSOxşar xəbərlər
Azərbaycanlı müğənni ərini xəyanət edərkən yaxaladı - ŞOK ETİRAF
Azərbaycanlı müğənni Afət Fərmanqızı gözlənilməz açıqlama verib. BAKU.WS-in məlumatına görə, müğənni illər əvvəl xəyanətə uğradığı bildirib. Şəxsi İnstagram hes...