Fairmont Baku Oteli World Tourism Forum Awards 2016 tərəfindən “Ən Lüks Biznes Otel” mükafatına layiq görüldü

Fairmont Baku Oteli World Tourism Forum Awards 2016 tərəfindən “Ən Lüks Biznes Otel” mükafatına layiq görüldü
Şou-biznes 1091

Fairmont Baku Oteli Türkiyənin İstanbul şəhərində  World Tourism Forum Awards 2016 tərəfindən təşkil olunan tədbirdə "Ən Lüks Biznes Otel” mükafatına layiq görüldü.

"Biz qonaqları yüksək səviyyəli biznes məkanı və mükəmməl xidmətlə təmin edən otel olaraq bütün dünyada tanınmış turizm təşkilatı olan World Tourism Forum Awards tərəfindən qiymətləndirildiyimizə görə qürur hissi keçiririk” otelin Baş Meneceri Paskal Lepru qeyd edib. "Fairmont Baku Oteli qonaqlara geniş sayda biznes xidmətləri təklif edir ki, bu da öz növbəsində oteli irimiqyaslı tədbirlər və işgüzar görüşlər üçün ölkənin ən tanınmış məkanlarından birinə çevirir. 318 dəbdəbəli şəkildə təchiz olunmuş qonaq otaqları, lüks otaqlar, xidmət göstərilən mənzillər hər bir işgüzar səfəri ən mükəmməl şəkildə tamamlayır. 

World Tourism Forum təşkilatı dünya turizm sənayesinin sosial-iqtisadi, mədəni və texnoloji aspektlərini müzakirə etmək üçün platforma yaratmaqla dünya turizm sənayesinin bütün maraqlı tərəflərinə dəyər qatmaq məqsədilə yaradılmışdır. Bu qurum gələcək strategiya, yenilikləri və həlləri müəyyənləşdirmək üçün turizm sənayesi liderlərini və turizm sahəsinin digər maraqlı tərəflərini birləşdirən körpü rolunu oynayır. 

Fairmont Baku Oteli 2014-cü ildə "Travel and Leisure IT list” siyahısına Növbəti Nəsil Biznes Otel olaraq daxil olmuşdur. Həmin ildə Fairmont Baku Oteli World Luxury Hotel Awards təşkilatı tərəfindən "Ən Lüks Otel” olaraq tanınmışdır. 2015-ci ildə isə Fairmont Baku Oteli Lux Hotel and Spa Awards tərəfindən "Ən Lüks Otel” mükafatına layiq görülmüşdür. 

FAIRMONT BAKU HAQQINDA QISA ARAYIŞ

Azərbaycanın gözəl paytaxtı Bakı şəhərinin ən yüksək nöqtələrinin birində müasir dövrün ən qeyri-adi və heyranedici tikinti komplekslərindən biri məskunlaşır. "Alov Qüllələri” kimi tanınmış bu kompleksin alov forması və mahiyyətinə uyğun işlənmiş üç qülləsi bu tarixi "odlar yurdunun” çox gözəl bir rəmzini, simvolunu təşkil edir. 

Fairmont Baku oteli HOK International şirkətinin layihələndirdirdiyi bu multifunksional kompleksin ən şimal qülləsində yerləşərək, 318 otaq, lyuks otaqlar və yaşayış mənzillərini, ümumi sahəsi 2.300 kvadrat metrdən (25.000 kvadrat futdan) artıq olan konfrans zallarını, ESPA mərkəzini və bir neçə restoran, bar və kafeləri, o cümlədən əsl İtalyan Bistro-sunu və steyk-hausu təklif edir. Azərbaycanda ən hündür bina olmaqla, "Alov Qüllələri” kompleksi çox gözəl bir sahədə yerləşməklə yanaşı –Azərbaycan Milli Məclisinin binasına və Bakını İçəri Şəhərinin yaxınlığında – Xəzər Dənizinə açılan mükəmməl bir panoramaya malikdir. 

FAIRMONT HOTELS & RESORTS QRUPU HAQQINDA QISA ARAYIŞ

Fairmont Hotels & Resorts qrupuna Şanxaydakı Fairmont Peace Hotel, Nyu-Yorkdakı The Plaza oteli, və Səudiyyə Ərəbistanı Krallığındakı Makkah Clock Royal Tower kimi otellər daxil olmaqla dünyanın müxtəlif yerlərindən olan 60-dan çox təmtaraqlı məkan daxildir. Brendin özünəməxsusluğu ilə seçilən otellər, irsi ənənələrlə müasirlik, mehriban, xoşniyyətli xidmət və yerləşdikləri ölkənin mədəniyyətinə qovuşmaq imkanlarının bir arada cəmləşməsi ilə səciyyələnir. Hətta ictimai və ətraf mühitin qorunması fəaliyyətində aparıcı mövqe tutmaqla yanaşı, Fairmont həmçinin turizmə məsul yanaşmasına və müxtəlif mükafatlara layiq görülmüş "Yaşıl Əməkdaşlıq” proqramına görə ümümdünya şöhrətini qazanmışdır. Fairmont şirkəti, Fairmont, Raffles və Swissotel brendləri altında 100-dən çox oteli olan dünyanın aparıcı otel şirkətlərindən biri olan FRHI Holdings Limited şirkətinə məxsusdur. Bu şirkət həmçinin Fairmont, Raffles və Swissotel brendləri altında təmtəraqlı özəl yaşayış klublarını, tam mülkiyyət yaşayış evlərini və xidmət olunan yaşayış obyektlərini idarə edir.

BAKU.WS

Son xəbərlər