Faiq Ağayevdən aparıcının çıxışına ETİRAZ: "Danışığını bilməyən ağılsız"
Xalq artisti Faiq Ağayev "Kanal S"in aparıcısı Nigar Fərhadın "oğluma atasız qız almaram" sözlərinə sərt reaksiya verib.
Müğənni instaqram hesabında paylaşımı zamanı aparıcını "danışığını bilməyən ağılsız" adlandırıb:
"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, "oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyə izn vermərəm". Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi.
Əvəzində mağara düşüncəsi qoyur ortalığa.
Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür, heç açılmayıb...
Çox acınacaqlı haldır".
Qeyd edək ki, "Kanal S" televiziyasının aparıcısı Nigar Fərhadın efirdə "Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm" ifadəsi müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq
Rusiyanın Xalq artisti Filipp Kirkorov mənzilində quraşdırılan daş dekorasiyanın keyfiyyətsiz olması ilə bağlı məhkəmə prosesində qalib gəlib. BAKU.WS xəbər ver...