Erməniyə 12 xal verən Samirənin müdafiəsinə qalxdı
"Silk Way Star" beynəlxalq musiqi layihəsinin finalında Azərbaycanı münsif kürsüsündə təmsil edən müğənni Samirə Əfəndi Ermənistan təmsilçisi Saro Gevorqyana 12 xal verib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, müğənni Nura Suri bu səbəbdən sosial şəbəkələrdə tənqid olunan həmkarını müdafiə edib:
"Samirə Əfəndi erməni iştirakçıya 12 xal verib deyə, ona qarşı aqressiv paylaşımlar və şərhlər gördüm. Samirə qazi övladıdır və belə bir humanist addım atmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. Amma musiqinin və istedadın milliyyəti olmur. Samirə Əfəndiyə qarşı aparılan qaralama kampaniyası tamamilə yersizdir".
Oxşar xəbərlər
Əməkdar artist hərbi xidmət keçən oğlunu ziyarət etdi
Əməkdar artist Nicat Kazımov hərbi xidmət keçən oğlu Mirismayılı ziyarət edib. BAKU.WS xəbər verir ki, bu barədə aktyor özü şəxsi instaqram hesabında paylaşım...