Elinanın intiharı ilə bağlı iki nəfər prokurorluğa çağırıldı
09
apr
2019
15:26
Paytaxtın 162 nömrəli məktəbində 8 sinif şagirdi Elina Hacıyevanın intihar faktı üzrə istintaq hərəkətləri davam etdirilir. BAKU.WS movqe.az-a istinadən xəbər verir ki, bu gün Elina Hacıyevanın Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə şahidlərin və digər zəruri şəxslərin dindirilməsi məqsədilə istintaq hərəkətləri aparılıb. Bakı Şəhər Prokurorluğunda Elinanın rəfiqəsi Z.Ş (adı şərtidir) və anası Leyla Şirinova ifadə veriblər. İstintaq davam etdiyi üçün Elinanın rəfiqəsinin və anası Leyla Şirinovanın ifadəsini açıqlamırıq. Amma qızının rəfiqəsinin ölümündən hədsiz hiddətlənən ana AVAAZ.ORG saytı vasitəsilə başladılan petisiyada məktəbin direktoru Sevinc Abbasovanın və Elinanı zəhərləyən müəllimlərin cəzalandırılmasını xahiş edib.BAKU.WS
Oxşar xəbərlər
İntihar edən məktəbli dəfn olundu - Məzarından FOTOLAR
Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbin şagirdi Elina Hacıyeva özünü məktəbin 5-ci mərtəbəsindən ataraq intihar edib.BAKU.WS BiG.AZ-a istinadla xəbər ver...