Brilliant Dadaşovadan AĞIR SÖZLƏR: "Siz insani keyfiyyətlərdən məhrumsunuz" - FOTO
09
apr
2019
10:27
"Təəssüf edirəm, siz elementar insani keyfiyyətlərdən belə məhrumsunuz, o ki qalsın müqəddəs müəllim həssaslığı".BAKU.WS xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova intihar edən şagirdinə qarşı qaralama kampaniyası aparan 162 saylı məktəbin direktoru Sevinc Abbasovaya xitabət deyib.Xalq artisti məktəbdəki təzyiqlərdən bezərək özünü öldürən 14 yaşlı Elina Hacıyevanın intiharında məktəb direktorunu günahlandırıb:"Müəllimə, sizə ayıb olsun! Mənim atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud olan çətinliklərin təsirini çox eşitmişdik. Bir tələbənin ailəsində problem varsa, deməli siz o uşağa daha çox diqqət ayırmalı idiniz. Bir başqa tərəfdən də Elinanın anası ikinci dəfə ailə qurubsa bu əsla pozğunluq deyil və buna görə o uşaq həyatı bahasına hesab verməməli idi!" Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Şagirdi intihar edən məktəb direktoru: Yazın ki, pozğun ailənin uşağıdır - AUDİO
Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haq...