Brilliant Nuranın mahnısını oxudu - VİDEO

Brilliant Nuranın mahnısını oxudu - VİDEO
Video
Şou-biznes 1683
Xalq artisti Brilliant Dadaşova müğənni Nura Surinin reperturarına müraciət edib. BAKU.WS xəbər verir ki, bu barədə Nura Suri "Instagram" hesabında məlumat verib. "Sənətini və özünü sevdiyim, Azərbaycanın Xalq artisti, sənətkar Brilliant Dadaşova mənim ifamda eşitdiyiniz "Brilliantlar" mahnısını özünəməxsus tərzdə ifa edib. Bu, onda çox gözəl alınıb və yaraşıb. Sizin də sevəcəyinizə əminəm", - deyə Nura yazıb. Dadaşova isə "Sən bu mahnını oxuyanda deyirəm ki, Nura bu mahnını mənim üçün oxuyur", - deyə şərh yazıb. Qeyd edək ki, bəstənin müəllifi Murad Arifdir. BAKU.WS

Son xəbərlər