Elçin Həmidovun qeyri-adi ölümü – VİDEO
11
mar
2019
14:33
ARB TV-nin “Bu qədər” proqramında bu dəfə 53 yaşında dünyasını dəyişən aktyor Elçin Həmidovun həyatından danışılıb.Aktyorun dostları onunla bağlı xatirələrini bölüşüblər:Nahidə Orucova – Dostu: “Dostluğumuz universitet illərindən başlayıb. Onun ölümü ilə mən çox şey itirdim. Dostumu, sirdaşımı itirdim. Mənim həyatımda Elçin çatmır. Özü valdeyinlərini, bacı-qardaşını erkən itirmişdi deyə evlənmək istəmirdi. Deyirdi, “istəmirəm mənim balam yetim qalsın, yoldaşım tək qalsın”. Hər axşam görüşürdük, ölümündən bir gün əvvəlki axşam da birlikdə idik”.Dilarə Əliyeva – Dostu: “Deyir, komediya aktyorları ölümlərindən sonra da insanları güldürməyə davam edirlər. Onun yoxluğunun məni çox incitməsinə baxmayaraq nə zaman ki, onun adı çəkilir üzümdə təbəssüm yaranır. Düşünürəm ki, bundan sonra illər keçsə də İlhamə Quliyevanı onun kimi mükəmməl şəkildə parodiya edən olmayacaq. Məncə, Elçin xoşbəxt olmaqdansa xoşbəxt olmağı oynayırdı”.Coşqun Rəhimov – Dostu: “Çoxları aktyorlar üçün teatrı ikinci ev adlandırır, amma mən deyərdim ki, teatr Elçinin elə birinici evi idi. O bizim konsertimizə gəlməyi çox arzulayırdı. Qismət olmadı. Müşfiq o yerləri heç kimə vermədi, yeri boş qaldı”.BAKU.WS
Oxşar xəbərlər
“Qardaşımı dostu öldürdü” - Əməkdar artist efirdə göz yaşına boğuldu - VİDEO
“Mən çox istiyərdim ki, qardaşım yanımda olsun. Qardaş mövzusu mənim yaralı yerimdir. Onu 25 yaşında çox cavan itirdik”.Bu sözləri ARB TV-nin “Səhər-Səhər” proq...