Elarizin kürəkəninin 12 il həbsi tələb edildi

Elarizin kürəkəninin 12 il həbsi tələb edildi
Şou-biznes 236

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bugünkü prosesdə ittiham tərəfi yekun çıxış edib. Prokuror təqsirləndirilən şəxsə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini düşündüyünü deyib.

Bu əsasla Nizami Alışanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfi isə ittihamla razı deyil. Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.

Növbəti iclasda məhkəmə araşdırmasının yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Şikayətçilər isə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur. Nizami Alışan isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir.

Oxşar xəbərlər

Aisel Brilliant Dadaşovanın duet ortağı oldu

Aisel Brilliant Dadaşovanın duet ortağı oldu

Xalq artisti Brilliant Dadaşovanın növbəti duet ortağı Avroviziya təmsilçimiz Aisel (Aysel Məmmədova) olub. BAKU.WS xəbər verir ki, müğənnilər musiqisi Aiselin...

155 Şou-biznes 16:54 15 dekabr 2025

Son xəbərlər