Ekstetik olunan kişi MƏŞHURLAR
Son illərdə həm Türkiyədə, həm də beynəlxalq media platformalarında estetik görünüşü ilə seçilən kişi məşhurlar geniş müzakirə mövzusu olub.
BAKU.WS xəbər verir ki, Türkiyədə estetik görünüşlü kişi məşhurlar arasında ilk sıralarda Burak Özçivit, Kıvanç Tatlıtuğ və Can Yaman yer alır. "Kara Sevda" və "Kuruluş: Osman" kimi seriallarla tanınan Burak Özçivit güclü çənə xətləri və model keçmişi ilə seçilir.
"Ortadoğunun Brad Pitt"i" adlandırılan Kıvanç Tatlıtuğ klassik kişi gözəlliyinin simvollarından biri kimi göstərilir. Xarizmatik tərzi ilə tanınan Can Yaman isə həm Türkiyədə, həm də xaricdə geniş pərəstişçi kütləsi qazanıb.
Estetik görünüşü ilə seçilən digər türk məşhurlara Engin Akyürek, Mehmet Akif Alakurt və model-aktyor Alp Navruz da daxildir. Bu adlar xüsusilə simmetrik üz cizgiləri, dərin baxışları və ekran obrazlarındakı xarizma ilə fərqlənir.
Siyahı təkcə Türkiyə ilə məhdudlaşmır. Dünyada estetik görünüşü ilə ön plana çıxan məşhurlar arasında BTS üzvü Kim Taehyung (V), Hollivud aktyoru Timothée Chalamet, "Superman" ulduzu Henry Cavill, koreyalı model-aktör Lee Soo-hyuk və yapon ulduzu Yuta Tamamori qeyd olunur.
Həmçinin Sinqapurlu aktyor Glenn Yong, K-pop ifaçısı Felix və 2025-ci ilin "Sexiest Man Alive" seçilmiş britaniyalı aktyor Jonathan Bailey də siyahıya daxil edilib.
Ekspertlərin fikrincə, bu şəxslərin estetik cazibəsi yalnız fiziki görünüşdən ibarət deyil - onların stil seçimi, moda duyumu və ictimai imici də onları cazibədar edən əsas amillərdir.
Oxşar xəbərlər
Çingiz Mustafayev əməliyyat olundu
Müğənni Çingiz Mustafayev əməliyyat olunub. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə bildirib. O xəstəxanadan görüntülərini paylaşaraq çiyni çı...