Ebru Şallının xərçəngdən ölən oğlu ilə bağlı paylaşımı hər kəsi kövrəltdi - FOTO
25
sen
2020
13:15
Ebru Şallı sosial şəbəkə hesabında aprel ayında dünyasını dəyişən oğlu Parsın ad günü münasibəti ilə təbrik edib. BAKU.WS xəbər verir ki, “Sənin üçün çox darıxıram” deyən Ebru paylaşımı ilə hər kəsi duyğulandırıb. Qeyd edək ki, Ebrunun Harun Tan ilə evliliyindən dünyaya gələn 9 yaşlı oğlu xərçəngdən vəfat edib. O, paylaşımına daha sonra bu sözləri əlavə edib: “Ponçikim mənim, səni çox sevirəm. Oğlum olduğuna görə, səni dünyaya gətirdiyimə görə sevinirəm. Mənə yaşatdığın hər anına görə, sənə minnətdaram. 9 il mələklə yaşadım. Əsl mələyin necə nəfəs aldığını gördüm. Anan səni çox sevir, mələyim, ad günün mübarək! Səninçün sözlə ifadə edilməyəcək qədər çox darıxıram. Görüşəcəyik, ponçikim mənim, görüşəcəyik!"
Qalereya
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...