Dünyanı heyran edən azərbaycanlı qardaşlar çətinlik içindədir - VİDEO

Dünyanı heyran edən azərbaycanlı qardaşlar çətinlik içindədir - VİDEO
Video
Şou-biznes 7853
Qubalı pəhləvanlar - Laçın və Hüseyn Abdulhüseynovlar Azərbaycanı bütün dünyada tanıdırlar. Ancaq vətənlərində iş tapa bilmədiklərini və maddi sıxıntı çəkdiklərini deyirlər.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, Hüseyn Abdulhüseynov deyib ki, qardaşı ilə birlikdə artıq uzun illərdir ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstanın televiziya kanallarındakı istedad şoularında iştirak edirlər. Leonid Yakuboviçin aparıcısı olduğu "Ya moqu" rus televiziya şousunda iştirak etdikdən sonra onlara, hətta Rusiya rekordunu vurduqlarını təsdiqləyən sertifikat verilib. Böyük çətinliklərə baxmayaraq, Abdulhüseynovlara xaricdə çıxış etmək üçün dəvətlər gəlməkdədir. Bu günlərdə onlar Rumıniyada "İstedad" şousunda çıxış ediblər və birinci turdan uğurla keçiblər. Onlar bu layihədə iştiraklarını davam etdirirlər və yaxınlarda yenidən Rumıniyaya gedəcəklər.Təkliflər çoxdur, amma hazırda Abdulhüseynovlar bütün qüvvələrini bir başlıca məqsəd üzərində cəmləyiblər - "Ginnesin rekordlar kitabı"na düşmək. Bunun üçün onlar ən təhlükəli nömrələrini hazırlayırlar."Biz bütün bunları özümüz üçün deyil, ölkəmiz üçün edirik. Çox istərdik ki, kimsə bizim müraciətimizə diqqət ayırsın. Biz Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazmaq niyyətindəyik. Çox ümid edirik ki, bizim zəhmətimiz qiymətləndiriləcək" - deyə Abdulhüseynov bildirib.Qeyd edək ki, Abdulhüseynov qardaşları Qubada doğulublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının izi ilə gedirlər.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər