Azərbaycan gimnastikasının gələcəyi olan qardaşlardan daha bir uğur (VİDEO)

26
dek
2018
15:25
Dekabrın 24-dən 26-dək M. Voronina adına "Dinamo-Moskva" gimnastika klubunun uşaqlar arasında açıq birinciliyi keçirilib. BAKU.WS xəbər verir ki, yarışda 300-dən çox idmançı iştirak edib. Açıq birincilikdə Avropanın və Dünyanın mütləq çempionları, "Dinamo-Moskva" klubunun titullu yetirmələri də çıxış edib.Çox güclü rəqiblərin iştirak etdiyi yarışlarda Azərbaycanı yeganə təmsil edən gimnastlar - Əli və Hüseyn qardaşlar da iştirak edib. 10 yaşlılarda Əli Xəlilov gümüş medalın sahibi olub. 8 yaşlılar arasında mübarizədə isə Hüseyn Xəlilov birinciliyi əldə edib və qızıl medal qazanıb. Xəlilov qardaşlarının şəxsi məşqçiləri Zakir Mehtiyevdir. Qeyd edək ki, Hüseyn və qardaşı Əli öz həyatlarını idmana həsr ediblər. Xəlilov qardaşlarının yaşlarının az olmasına baxmayaraq artıq idman gimnastikasında böyük uğurlar qazanıblar. Onlar ölkənin ən perspektivli və ümid vəd edən idmançılarından sayılır.Şahin BAKU.WS

Oxşar xəbərlər
Tıva Respublikasının başçısı Hüseyn Xəlilovu ad günü münasibətilə şəxsən təbrik etdi (VİDEO)
Gənc azərbaycanlı qardaşlar - gimnastlar Əli və Hüseyn Xəlilov Tıva Respublikasının paytaxtı Qızıl şəhərinə yola düşüb.BAKU.WS-in məlumatına görə, Tıva Respubli...
