Hüseyn Xəlilov Çeçenistanda qızıl medal qazandı (VİDEO)
28
iyn
2018
11:35
26-27 iyun tarixlərində İdman gimnasitakası üzrə Çeçenistan Respublikasının açıq birinciliyi keçirilib. BAKU.WS-in məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Hüseyn Xəlilov yaşıdları (2009-2010) arasında birincilik əldə edib və qızıl medala sahib olub. O, gimnastika hərəkətlərini yüksək səviyyədə göstərdiyi üçün hakimlər ən yüksək balı verib. Çeçenistan Respublikasının Gimnasitaka Federasiyası tərəfindən təşkil edilən yarışmada bir çox ölkədən idmançılar iştirak edib. Həmyerlimiz Hüseyn Azərbaycanı layiqincə təmsil edib və ölkəmizə qızıl medalı qazandırıb. Qeyd edək ki, Hüseyn və qardaşı Əli öz həyatlarını idmana həsr ediblər. Xəlilov qardaşlarının yaşlarının az olmasına baxmayaraq artıq idman gimnastikasında böyük uğurlar qazanıblar. Onlar ölkənin ən perspektivli və ümid vəd edən idmançılarından sayılır. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı qardaşlar Əli və Hüseyin Moskvada 2 qızıl medal qazandı (VİDEO)
M.Voronina adına "Dinamo-Moskva" idman klubu idman gimnastikası üzrə çempionat təşkil edib. BAKU.WS-in məlumatına görə, çempionatda 7-9 yaş arası idmançılar ara...