Azərbaycanlı qardaşlar Əli və Hüseyin Moskvada 2 qızıl medal qazandı (VİDEO)
29
noy
2017
16:03
M.Voronina adına "Dinamo-Moskva" idman klubu idman gimnastikası üzrə çempionat təşkil edib. BAKU.WS-in məlumatına görə, çempionatda 7-9 yaş arası idmançılar arasında yarışda azərbaycanlı gimnast Hüseyin Xəlilov qalib olub. O, 72 idmançı arasında birincilik əldə edib və qızıl medalın sahibi olub. Tamaşaçılar yarışda çox güclü rəqiblərin gərgin mübarizəsinin şahidi olub. Digər azərbaycanlı gimnast Əli Xəlilov isə 9-11 yaş arası idmançılar arasında mübarizədə birincilik əldə edib. Əli 52 rəqibi qabaqlayaraq çempion olub və qızıl medala yiyələnib. Azərbaycanlı gimnast qardaşların uğurunda məşqçiləri Zakir Mehdiyev və Şakir Şixəlievin rolu əvəzsizdir. Qeyd edək ki, 2017-ci il noyabrın 27-dən 29-dək M.Voronina adına "Dinamo-Moskva" idman klubu idman gimnastikası üzrə çempionat keçirilib. Yarışda ümumilikdə 400 idmançı iştirak edib. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Hüseyin Xəlilov qızıl medal qazandı (VİDEO)
İdman gimnastları Azərbaycan birinciliyi üzrə yarışlarda mükafatlandırılıb. BAKU.WS-in məlumatına görə, 2009-2010-cu təvəllüdlü oğlanlar arasında idman gimnast...