Dəfn mərasimi üçün dua oxuyan robot (FOTO)
24
avq
2017
17:55
Yaponiyada yaradılan insanabənzər robot din xadimi peşəsinə yiyələnib və dəfn mərasimlərində dua oxuyacaq.BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, “SoftBank Robotics” şirkəti tərəfindən yaradılan robot “Pepper” adlanır.Hər ölkədə olduğu kimi, Yaponiyada da dəfn mərasimlərinin təşkili kifayət qədər maliyyə vəsaiti tələb edir. Gündoğan ölkədə mərasim xərcləri 10 min dollara çatır. “Nissei Eco” şirkəti bu xərclərin azaldılması üsulunu tapıb və yeni xidməti əhalinin aztəminatlı təbəqəsi üçün daha əlverişli etməyə çalışıb. Bunun üçün yüksək texnologiyadan istifadə edilib. Din xadimi rolu daha əvvəl xəstəxanada və pizza dükanında işə götürülmüş “Pepper” humanoid-robotuna həvalə olunub. “Pepper” buddist sutraları oxuyaraq dəfn ritualını yola verməlidir. Robotun dəfn mərasimində canlı din adamını əvəz etməsi xərcləri ciddi şəkildə azaltmağa imkan verir.Lakin “TechCrunch” texnoloji saytı bu yeniliyə tənqidi yanaşıb. Onlar qeyd ediblər ki, “Pepper” baş əyə bilmir. Bu isə hörmət əlaməti olaraq çox mühümdür.BAKU.WS
Oxşar xəbərlər
Prezident Zəhra ilə bağlı göstəriş verdi
Dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ötən gün ermənilərin təxribatı nəticəsində həyatlarını itirən şəxslərin dəfn xərcləri dövlət hesa...