Şəhid əsgər dəfn edildi - (FOTO)
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilib.
BAKU.WS "Report"un Şimal bürosuna istinadən xəbər verir ki,1994-cü il təvəllüdlü, şəhid Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.
Allah rəhmət eləsin!
BAKU.WS
Oxşar xəbərlər
Şəhid əsgərimizin qəhrəmanlığı: "Yaralı komandirini çiyninə alıb aparanda vuruldu" (VİDEO)
ARB TV xəbər verir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən ş...