“Davam ya Tamam” şousuna qeydiyyat başa çatdı - VIDEO

“Davam ya Tamam” şousuna qeydiyyat başa çatdı - VIDEO
Şou-biznes 2388
 

Çox böyük təəssüf hiss ilə elan edirik ki, "Davam ya Tamam” şousunun bu mövsüm - 2016-2017-ci il yayım dönəmi üçün nəzərdə tutulan qeydiyyat mərhələsi başa çatdı.

Qeydiyyat zamanı diqqət çəkən hər bir anket dəqiqliklə incələndi və anket sahibi şounun iştirakçı sırasına əlavə olundu. Oyunçu ruhu yüksək, qətiyyətli və müəyyən sayda auditoriyanı bir anda özünə tabe edə biləcək iştirakçılar "Davam ya Taman” şousunun təşkilatçı heyətinin diqqətindən yayınmadı. Potensialı yüksək iştirakçıların seçimini tamamladıq və layihənin qeydiyyat mərhələsinin bitdiyini rəsmi şəkildə elan edirik. Qeydiyyatla maraqlananlar, növbəti seçim mərhələsinin başlanma tarixini gözləyin! Məlumat və elanlar www.davamyatamam.com ünvanında yenilənir. Gözünüz və diqqətiniz bizdə olsun!

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər