"Davam ya tamam" növbəti efiri ilə hər kəsi həyəcanlandırdı (FOTO)

Davam ya tamam növbəti efiri ilə hər kəsi həyəcanlandırdı (FOTO)
Şou-biznes 2524

"Davam ya tamam" növbəti efiri ilə hər kəsi həyəcanlandırdı.

BAKU.WS-in məıumatına görə, artıq «Davam ya tamam» layihəsinin 5-ci buraxılışının da qazananı məlum oldu. Uzun illərdir iki övladını tək böyüdüb, gəlin köçürdən Zinyət Həsənova bəlkə də həyatında ilk dəfə idi ki, özü üçün qazanmağa çalışırdı. «Davam ya tamam» layihəsinə övladlarının əlinə baxmamaq, öz puluna sahib olmaq üçün gəlmiş Zinyət daha çox böyük məbləğli çantaları açdıraraq, arzularına yetəcək qədər məbləğ qazanma şansını əldən verdi. Bankın ilk yüksək məbləğlərindən imtina edən Zinyət, sonlara yaxın daha az məbləğlə gedəcəyindən qorxaraq bankın sonuncu təklifi olan 480 manatı qəbul etdi. Zinyət xanım öz çantasını açdırsaydı 500 manat qazanacaqdı. 

Səhhətində problemlər olan iştirakçı bu layihədə həm də fədakar ana olması ilə diqqət çəkdi.  Həyat yoldaşının illər öncə onu və uşaqlarını qoyub Rusiyaya getməsinə rəğmən Zinyətin bir  daha ailə qurmaması, təkbaşına nümunəvi övladlar yerişdirə bilməsi ona olan rəğbəti daha da artırdı.

Qeyd edək ki, bu zamana qədər yarışmadan pul qazanan iştirakçılar götürəcəkləri məbləğləri Kapital bankın xüsusi kartları vasitəsi ilə əldə edirlər.

Xatırladaq ki, Almaz Mollazadə 5010 manat, Fərahim Piriyev 1200 manat, Natiq Bayramov 1500 manat, Uma Yiğit isə 750 manat pul uduşuna sahib olmuşdular. Hər bazar ertəsi, 22:00- da ATV kanalında «Davam ya tamam»ı izləməyi unutmayın.

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər