Dağlıq ərazilərində qarı belə ölçürlər – VİDEO

Dağlıq ərazilərində qarı belə ölçürlər – VİDEO
Video
Şou-biznes 570
Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işləri davam etdirilir. Hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın Şəmkirçay hövzəsinin 1800 m hündürlüyündə qarölçmə işləri aparır. Qeyd edək ki, ekspedisiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib. BAKU.WS

Oxşar xəbərlər

736 min nəfərə BÖYÜK MÜJDƏ - Prezident 21 milyon manat ayırdı

736 min nəfərə BÖYÜK MÜJDƏ - Prezident 21 milyon manat ayırdı

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər h...

2983 Sosial 18:53 12 fevral 2019

Son xəbərlər