Bürclərin yataqdakı seksual xüsusiyyətləri

Bürclərin yataqdakı seksual xüsusiyyətləri
Şou-biznes 10759

Şəxsi həyatda hər kəsdə fərdi və təkraredilməz olmaq istəyir. Amma məlum olur ki, yataqda insanın davranışı onun bürcündən asılıdır.

Qoç - Ehtiraslı təbiətinə baxmayaraq bu bürcdən olanlar məqsədlərinə çatdıqdan sonra həzz almağı unudurlar. Əlbəttə, bu, onların çox xoşuna gəlir. Bu bürcün nümayəndələri üçün əsas məsələ nəticədir. 

Buğa - Bu bürcdən olanlar əksər hallarda partnyorunu qane edir. Bu əslində çox xoşdur. Əgər siz Buğa ilə münasibətdə olsanız narahat olmaya bilərsiniz. Çünki siz sözün əsl mənasında həzz alacaqsınız.

Əkizlər - Bu bürcdən olanlar cürbəcür ola bilər. Əkizlər ehtiraslı və həssasdır. Bəzən zərif və kobud, isti və tənbəl də olurlar. Bu xüsusiyyətlərlə bir gündə də qarşılaşa bilərsiniz. 

Xərçəng - Onlar dəlicəsinə hissiyyatlıdır və bütün ruhu ilə münasibətdə olur. Xərçəng həmişə intim münasibətdə peşəkardır.

Şir - Özünə vurulmuş Şirlər tərifdən xoşlanırlar. Hətta seks zamanı da onları tərifləmək lazımdır. Şir bürcünün nümayəndəsi ilə münasibətdə olsanız mütləq bunun təkrarlanmasını istəyəcəksiniz. 

Qız - Bu bürcdən olanlar çarpayının yanında öz paltarını səliqəli qoyur. Onlar üçün təmizlik və səliqə çox önəmlidir. Daha sonra sizi unudulmaz ehtiraslı və qızğın sevgi gözləyir. 

Tərəzi - Bu bürcdən olanlar isə həmişə üstdə olmağı sevirlər. Bu, onların sevimli pozasıdır. Hər şeyə nəzarət etmək və sonrakı hadisələrin inkişafını idarə etmək o zaman daha asan olur. 

Əqrəb - Onlar bürclər arasında ən ehtiraslılardır. Uzun müddət və dəlicəsinə sevişmək onlar üçün xoşdur. Əgər istədiyini almasa sizin üçün heç də xoş olmayacaq. və sizi heç vaxt bağışlamayacaq. Ona görə də, gələn dəfə daha yaxşı hazırlaşın və əqrəbləri qane etməyə çalışın. 

Oxatan - Təəccüblüdür, amma bu bürcün nümayəndələri çox da ehtiraslı olmurlar.  Onlar üçün əhəmiyyətli olan hər şeyin düzgün olmasıdır. Amma siz onlar üçün düzgün olanı təxmin etsəniz, o zaman sizi unudulmaz hislər gözləyəcək. 

Oğlaq - Onlar üçün çarpayı yarış meydanıdır. Onlar çarpayıda ən yaxşı olmaq istəyirlər. Nəticədə onlar seksin bütün mahiyyətini tez itirirlər. Digər tərəfdən, onlar üçün ilk olmaq çox vacibdir. 

Dolça - Onlar üçün çarpayının olması vacib deyil. Dolçalar dənizdə, meşədə və təyyarədə belə sevişməyə hazırdır. Onlar seksə potensial müharibə meydanı kimi baxırlar. Sizin üçün darıxdırıcı olmayacaq. 

Balıqlar - Keyfiyyətə üstünlük verirlər. Münasibətdə ən yaxşısını etməyə çalışacaqlar. Onlar ən yaxşı partnyordur. ən yaxşı pozlar və ən yaxşı məkanları seçə bilirlər. Balıqlar dərk edir ki, dünyanın bütün gözəlliyi insanlar üçündür. Balıqlar bunu bilərək münasibətdə daha düzgün addımlar atırlar. 

BAKU.WS

Son xəbərlər