Bu məşhurların övladları birinci sinfə getdi - FOTOLAR
15
sen
2018
13:54
Bu gün Azərbaycanda "Bilik Günü"dür.BAKU.WS xəbər verir ki, bir neçə məşhurun övladı da bu gün birinci sinfə qədəm qoyub. Uşağını ilk dəfə məktəbə yola salan məşhurların siyahısını təqdim edirik:Müğənni Xuraman Şuşalının qızı Surə birinci sinfə gedib. İfaçı övladının fotolarını İnstaqram hesabında paylaşaraq bu sözləri yazıb:“Biz artıq şagird adını qazandıq. Bütün uşaqlar bilikli, sağlam, xoşbəxt olsunlar”.
Bu gün birinci sinfə gedənlərdən biri də müğənni Elçin Hüseynovun oğlu Pənahdır. Elçin övladının fotolarını paylaşaraq "15 sentyabr - Bilik Günü və yeni dərs ili münasibəti ilə bütün şagirdləri təbrik edirəm! Allah bütün balaları saxlasın. Bu gündən Pənah Hüseynov da 1-ci sinif şagirdi oldu. Uğurlar!" şərhini yazıb.
"ATV xəbər"in sevilən siması Pərvin Əsgərlinin də qızı Yağmur bu gün birinci sinfə gedənlərin sırasındadır. BAKU.WS-ə açıqlama verən P. Əsgərli övladının xoş günü ilə bağlı bunları deyib: "Bilik günümüz mübarək. Artıq mən də məktəbli anasıyam. Xeyirli olsun hamımıza. Övladlarımıza açıq zehin, iti düşüncə qabiliyyəti, ən əsası da sağlam can arzulayıram".
Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Sentyabrın 17-də məktəblərdə “Bilik günü” qeyd edilməyəcək – SƏBƏBİ BİLİNDİ
Təhsil Nazirliyi bu il 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərin birinci sinfinə gedəcək şagirdləri üçün “Bilik Günü”nün sentyabrın 15-də və ya 17-də ke...