Bu məşhurlar pullarını ev biznesinə xərcləyir
Son illər dünyaca məşhur simalar qazandıqları vəsaitin böyük hissəsini daşınmaz əmlaka yatırmağa üstünlük verirlər. Rəsmi mənbələr və beynəlxalq media orqanlarının məlumatına görə, bu investisiyalar məşhurlar üçün həm təhlükəsiz sərmayə, həm də uzunmüddətli gəlir mənbəyi hesab olunur.
BAKU.WS-in araşdırmasına görə, amerikalı müğənnilər Beyons və Cey-Zi daşınmaz əmlak sahəsində ən böyük portfellərə sahib məşhurlar sırasındadır. Cütlüyün ABŞ-nin müxtəlif ştatlarında yerləşən villa və malikanələrinin ümumi dəyərinin yüz milyonlarla dollar olduğu bildirilir.
Hollivud aktyoru Mark Uolberq də əmlaka yatırım edən tanınmış simalardandır. O, son illərdə ABŞ-nin Florida ştatında yüksək qiymətli villalar alaraq daşınmaz əmlak portfelini genişləndirib.
Televiziya aparıcısı və prodüser Ellen DeCeneres və həyat yoldaşı Portia de Rossi isə ev alıb-təmir etdikdən sonra daha baha qiymətə satmaqla tanınır. Rəsmi məlumatlara əsasən, cütlük bu yolla milyonlarla dollar gəlir əldə edib.
Daşınmaz əmlaka maraq təkcə ABŞ məşhurları ilə məhdudlaşmır. Hindistan kinosunun tanınmış simaları - Seyf Əli Xan və Hritik Roşan da Mumbay şəhərində yaşayış və kommersiya obyektlərinə iri məbləğlərdə sərmayə yatıran məşhurlar arasındadır.
Mütəxəssislər bildirirlər ki, daşınmaz əmlak bazarı uzunmüddətli dövrdə dəyər qazandığı üçün məşhurlar bu sahəni maliyyə risklərini azaltmaq və gəlirlərini qorumaq üçün ideal investisiya yolu kimi seçirlər.
Oxşar xəbərlər
Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi
Azərbaycanlı müğənni Sofi Fayro yeni "Stop Cortisol" klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji...