Bu gündən etibarən ölkədə hava şəraiti dəyişəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 22-dən etibarən ölkə ərazisində hava şəraiti tədricən mülayimləşəcək. Paytaxtda, eləcə də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi üstünlük təşkil edəcək. Sabah hərarətin paytaxtda 6-8°, bölgələrdə 8-13° isti, dağlıq ərazilərdə isə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a məlumat verib.
Direktor bildirib ki, dekabrın 23-24-də hərarətin ötən günlərlə müqayisədə tədricən 2-3° yüksələcəyi proqnozlaşdırılır. Temperaturun paytaxtda 9-11°, bölgələrdə 9-14°, dağlıq ərazilərdə isə 3-5° isti olacağı bildirilir.
BAKU.WSOxşar xəbərlər
Növbəti üç günün hava proqnozu
Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrome...