Növbəti üç günün hava proqnozu
03
sen
2018
13:45
Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisinin əksər rayonlarında hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir:“Lakin səhər və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”.G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-32, bölgələrdə 30-35, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
Küləkli-yağışlı hava nə vaxtadək davam edəcək? - Proqnozlar Bürosunun AÇIQLAMASI
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti avqust ayının 16-dək davam edəcək.BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli...