Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 6
Dekabrın 1-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakıda yağış, rayonlarda qar yağacaq

Sabah Bakıda yağış, rayonlarda qar yağacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departam...

2418 Şou-biznes 13:15 29 noyabr 2017

Son xəbərlər