Bu gün Bakıya yağış yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 25-29, Bakıda gecə 21-23 , gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 faiz, gündüz 45-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında Sentyabrın 13-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bu günün hava proqnozu
Bu gün Bakı və Abşeron yarımadasında sentyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və T...