Sabah yağış yağacaq
Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək. Temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bu günün hava proqnozu
Bakıda və Abşeron yarımadasında avqustun 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir....