Bu gün hava dəyişkən olacaq

Bu gün hava dəyişkən olacaq
Şou-biznes 878

  Bakıda bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU...

1077 Şou-biznes 13:30 27 avqust 2015

Son xəbərlər