Brilliant Dadaşova: "Bugünkü vəziyyəti bilsəydim, müğənni olmazdım"
Xalq artisti Brilliant Dadaşova Azərbaycan estradasının hazırkı vəziyyətini tənqid edib.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb:
"İndi düşünürəm ki, estradanın bugünkü vəziyyətini bilsəydim, müğənni olmazdım. Gedib həkim olardım. Bugünkü estradanın vəziyyətindən xoşum gəlmir. Mən o vaxt səhnəyə çıxanda yeni bir səhifə açmalı idim. Çünki səhnədə Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova, Sara Qədimova, Elmira Rəhimova, İlhamə Quliyeva kimi sənətçilər var idi.
Hər oxuduğum mahnıda düşünürdüm ki, ekran qarşısında akademiklər, professorlar, konservatoriyalar yaradan insanlar var. Səhnəyə çıxanda estrada musiqisini çox yüksək səviyyədə ifa etməli idim. İndi isə estrada musiqisi deyilən bir şey yoxdur".
Oxşar xəbərlər
Əməkdar artist hərbi xidmət keçən oğlunu ziyarət etdi
Əməkdar artist Nicat Kazımov hərbi xidmət keçən oğlu Mirismayılı ziyarət edib. BAKU.WS xəbər verir ki, bu barədə aktyor özü şəxsi instaqram hesabında paylaşım...