"Bizimkilər Türkiyədə eyni münasibəti görmür" - VİDEO

Bizimkilər Türkiyədə eyni münasibəti görmür - VİDEO
Video
Şou-biznes 2674
Türkiyənin İstanbul şəhərində keçirilən "Altın Kelebek" mükafatlandırma mərasimi bu dəfə də söz-söhbətsiz ötüşməyib. Azərbaycandan mükafata namizəd olan ifaçıların "Azərbaycanda ilin qadın müğənnisi" nominasiyası üzrə qalib gələn Xalq artisti Aygün Kazımovanı təbrik etməmələri nəzərdən qaçmayıb. Xalq artistini bir tək müğənni Roza Zərgərli təbrik edib. BAKU.WS-in məlumatına görə, bunların ardınca müğənni Nura Suri şəxsi "Facebook" hesabında azərbaycanlı sənətçilərin Türkiyədə yetərincə hörmətlə qarşılanmadığından gileylənib. Müğənni bunları qeyd edib:"Bir məsələ məni narahat edir. Niyə biz türklərə göstərdiyimiz hörmətin, sayğının, dəyərin cavabını görmürük? Niyə bir millət və iki dövlət deyirik və bu, ancaq bizim üçün belədir? Onların aktyorları, sənətçiləri, stilistləri və s. Azərbaycanda hörmətlə qarşılanırlar, bizimkilər isə orada eyni münasibəti görmür. Aygün Kazımova Azərbaycanın divasıdır. Onu belə də təqdim etməli idilər. Təqdimatı isə onların hörmətli sənətçisi etməli idi. Səhnəyə bu yaxınlarda konsertində göstərdiyi şousu ilə çıxmalı idi. Türklər bu işə daha ciddi yanaşmalıdır. Kənan Doğulu da adi O səs Türkiyəyə gələn iştirakçılar kimi əlinə gitara alıb oxudu. Niyə də?"Qeyd edək ki, Xalq artisti Aygün Kazımovaya mükafatı türkiyəli saç stilisti Önder Tiryaki təqdim etmişdi. BAKU.WS

Oxşar xəbərlər

Safurədən mərhum qayınatası ilə bağlı paylaşım

Safurədən mərhum qayınatası ilə bağlı paylaşım

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva mərhum energetika naziri, qayınatası Natiq Əliyevlə bağlı paylaşım edib. BAKU.WS axşam.az-a istinadən xəbər...

538 Şou-biznes 21:39 24 noyabr 2024

Son xəbərlər