Biz niyə qocalırıq? - CAVAB tapıldı

Biz niyə qocalırıq? - CAVAB tapıldı
Şou-biznes 1812
Biz niyə qocalırıq? İnsan yaşadıqca bu sual haqda çox düşünür. Elə alimlər də az fikirləşmir.BAKU.WS bizimyol.info-ya istinadən xəbər verir ki, ABŞ-dakı Albert Eynşteyn adına Tibbi Tədqiqat Kollecinin alimləri spomatik hüceyrələrdəki mutasiyaların sayının yaş ötdükcə artdığını üzə çıxarıb. Tədqiqatçılar hesab edir ki, məhz bu amil qocalmaya səbəb olur.Bioloqlar 100 yaşınadək insanların B-limfosit genomunu araşdırıb. Yeni doğulanlarda mutasiyaların sayı təxminən 463 olursa, getdikcə rəqəm artır. 27-30 yaş arası say 1189-a çatır. 97-106 yaş arası söhbət 3127 mutasiyadan gedə bilər.Ancaq tədqiqatçılar genomun bəzi yerlərində mutasiyalar ehtimalının başqalarına nisbətən daha yüksək olduğunu təsbit ediblər. Bundan əlavə, genomdakı bəzi dəyişikliklər təbiətdə xərçəng şişlərində baş verənlərə bənzərdir.Yaşa görə, gen aktivliyini tənzimləyən DNT bölgələrində, həmçinin açıq kromatində, tənzimləyici ardıcıllığın olduğu xromosom bölgələrində nükleotid əvəzedicilərinin sayı da artar.

Son xəbərlər