Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanılıb
Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan əcnəbilər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı "Toyota" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.
Oxşar xəbərlər
Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt–Astara...