Beş il övlad həsrəti çəkən şəhidimizin qızı oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Daha bir şəhidin övladı dünyaya gəlib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı doğulub.
O, şəhidlik zirvəsinə ucalmadan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş.
Qeyd edək ki, A.Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.
Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO
Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş baş leytenant Ağayev Elçin Zakir oğlunun üçüncü – qı...