Ben Afflek və Cennifer Qarner evsiz insanlara yemək paylayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ben Afflek və Cennifer Qarner Şükran Günü üçün evsizləri yedizdiriblər.
BAKU.WS xəbər verir ki, Ben Afflek keçmiş həyat yoldaşı və aktrisa Cennifer Qarnerlə Los-Ancelesin mərkəzində xeyriyyə tədbirinə qatılıb.
2005-2018-ci illərdə evli olan cütlük "Gecəyarısı Missiyası" vasitəsilə yüzlərlə insanın qidalanmasına köməklik edib. Tədbirdə cütlüyün üç övladı da iştirak edib. Onlarla birlikdə "Amerika tarixi" ilə tanınan aktrisa Sara Paulson da evsizlərə yardım edib.
"Gecəyarısı Missiya" tədbirində canlı musiqi, məşhurların çıxışları və evsiz insanlar üçün gigiyena vasitələri paylanılıb.
Oxşar xəbərlər
Türkiyənin məşhur serialı beynəlxalq "Emmy" mükafatını qazandı
Türkiyənin "Leyla: Həyat... Sevgi... Ədalət" serialı 54-cü Beynəlxalq "Emmy" mükafatlandırma mərasimində qalib olub. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəb...