Bazar gününün hava proqnozu
08
iyn
2019
13:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti təşkil edəcək.Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Oxşar xəbərlər
Şənbə gününün havası: Şimşək çaxacaq, yağış yağacaq
Şənbə günü, iyunun 8-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU....