Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Şou-biznes 787
Azərbaycanda iyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu Abşeronda gecə 20-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti təşkil edəcək.Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi, axşam, əsasən,...

546 Şou-biznes 13:45 28 may 2019

Son xəbərlər