Bazar günündə gəzməyi planlaşdıranlara pis xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 20-də paytaxt və yarımadada şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 779 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu: güclü yağış, qar və 15 dəcərə şaxta
Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin...