Bayramın hava proqnozu

Bayramın hava proqnozu
Şou-biznes 1026

 

Bayram günlərində Azərbaycanda hava yağıntılı keçəcək, bəzi yerlərdə isə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, günün birinci yarısında 14-18, axşama doğru 8, Bakıda gecə 6-8, günün birinci yarısında 15-17, axşama doğru 8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz təşkil edəcək.

Martın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz oluanacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Martın 22-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub küləyi 8-13 m/s təşkil edəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 9-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 20-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

Martın 21-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal olunur. Gündüz yağıntının tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Martın 22-də isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bayram günü qar yağacaq

Bayram günü qar yağacaq

Bayram günlərində Azərbaycanda hava yağıntılı keçəcək, bəzi yerlərdə isə qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata gör...

2327 Sosial 13:20 19 mart 2016

Son xəbərlər