Bakıda gənclərdən sakinlərə maraqlı bayram təbriki - VİDEO

Bakıda gənclərdən sakinlərə maraqlı bayram təbriki - VİDEO
Video
Şou-biznes 880

"Zaparojets" markalı avtomobilinin həvəskarlarından olan Rəşad Quliyev hər il olduğu kimi bu bayramı da özünəməxsus qeyd edir.

Rəşad Quliyev BAKU.WS-ə bildirib ki, dünəndən başlaraq dostu ilə birlikdə "Zaparojets" markalı maşınlarını bəzəyiblər.

İki dost bəzədilmiş "Zapı" ilə şəhərin mərkəzində hərəkət edirlər. Paytaxt sakinləri isə onları maraqla izləyirlər.

Qeyd edək ki, 99 NU 968 və 10 DX 602 nömrə işanlı "Zaparojets" markalı avtomobillərin sürücüləri bu gün də şəhər sakinlərini sevindirəcəklər.

“Bu gecə də şəhərdə gəzəcəyik. Sakinlərin bayramını təbrik edəcəyik. Bəzədilmiş maşınlarımızla sakinlərə xoş əhval bəxş edəcəyik. Yeni ili belə qarşılamaq çox maraqlıdır”, - deyə Rəşad Quliyev bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər