Bakı 2020-ci ili qarşılamağa hazırlaşır - VİDEO

Bakı 2020-ci ili qarşılamağa hazırlaşır - VİDEO
Video
Şou-biznes 588

Paytaxt Bakı 2020-ci ili qarşılamağa hazırlaşır.

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, Dənizkənarı bulvar və Bakının mərkəzi park və küçələri Yeni il əhval-ruhiyyəsinə bürünür.

Şəhərin "Azneft" dairəsində quraşdırılan böyük yolka ağacı artıq yekunlaşmaq üzrədir. Yolkanı quraşdıran ustalar işlərin ən qısa zamanda bitəcəyini deyirlər.

Dənizkənarı Milli parkda iki yolka quraşdırılır. Həm bulvar ərazisində, həm də Neftçilər prospekti boyunca bütün şam ağacları işıqlarla bəzədilir. Yolkalardan biri köhnə bulvar ərazisində təxminən 10 metr, digəri isə Ağ şəhər bulvarında təxminən 18 metr hündürlükdə olacaq.

Qeyd edək ki, yeni il axşamı Kukla teatrının arxasında yerləşən meydanda bayram proqramı təşkil olunacaq. Milli park bayram axşamı paytaxt sakinlərini və şəhərin qonaqlarını maraqlı sürprizlərlə sevindirəcək.

Oxşar xəbərlər

Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi

Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi

Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar paytaxt Bakıda quraşdırılacaq ən böyük Yeni il yo...

701 Şou-biznes 17:50 09 dekabr 2019

Son xəbərlər