Polis mayoru "Ekologiya postu"nda sürücünü saxladı, mübahisə yarandı - VİDEO
Sosial şəbəkələrdə yol polisinin sürücünü haqsız yerə saxlaması ilə bağlı video yayılıb.
BAKU.WS xəbər verir ki, həmin videoda minik maşınının “Ekologiya postu” yaxınlığında dönmə əməliyyatını edərkən qarşısına “Ford” markalı yük avtomobilinin çıxdığı görünür.
Bu zaman polis mayoru “Ford” markalı avtomobili saxlamaq əvəzinə, minik maşınını saxlayır.
Sürücü isə yol polisinə etirazını bildirir. Üzun mübahisədən sonra yol polisi protokol təqdim etmir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, təqdim olunmuş video görüntüyə baxış keçirilib.“Yayılan video ilə bağlı araşdırma aparılacaq. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”, - deyə Rüfət Quliyev bildirib.
Oxşar xəbərlər
Təcili yardıma yol verməyən xanım sürücü saxlanıldı - VİDEO
Bir neçə gün əvvəl Bakıda təcili yardım avtomobilnə yol vermədiyi üçün geniş müzakirələrə səbəb olan 90 SJ 100 dövlət nömrə nişanlı, "Toyota Land Cruiser" marka...