Yol polisinə verilən yeni “Mercedes”lər Bakı küçələrində – VİDEO
09
yan
2019
14:42
Dövlət Yol Polis idarəsinin əməkdaşları bu gündən etibarən yeni “Mersedes” markalı avtomobillərlə təmin olunmağa başlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yol polisi əməkdaşları yeni və müasir avtomobillərlə təminatı bir neçə gün ərzində yekunlaşacaq. “Avtomobillər qismən xidmətə buraxılacaq. Dünəndən həmin avtomobillər yol polis əməkdaşlarına təhkim edilib. Bu gündən isə avtomobillərin bir qismi xidmətə çıxıb”, - deyə yol polisibildirib. R.Quliyev deyir ki, avtomobillərin bir qismi də yaxın günlərdə istismara veriləcək. Qeyd edək ki, Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomobil alınıb. Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
YPX-nın yeni maşınları - gizli radar, 9 kamera, “Nömrətanıma” (VİDEO)
Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni YPX avtomobillərinə baxıb.BAKU.WS xəbər verir ki, Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomo...