Yol polisləri üçün yeni "Mercedes" markalı avtomobillər gətirildi – VİDEO

Yol polisləri üçün yeni Mercedes markalı avtomobillər gətirildi – VİDEO
Video
Sosial 11515
Azərbaycanda yol polislərinə yeni xidməti avtomobillər veriləcək. BAKU.WS xəbər verir ki, yol polislərinə veriləcək avtomobillər “Mercedes c-klass” modelidir. Həmin avtomobillər artıq paytaxta gətirilib. Həmin avtomobillər ilk öncə Bakı şəhəri Yol Polisi İdarəsinə veriləcək. Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hələlik həmin avtomobillərin verilməsi barədə xəbərsizdir. “Açığı hələlik mənə həmin maşınlarla bağlı məlumat verməyiblər. Əgər gətirilibsə, onda qarajda olacaq. Əməkdaşlarımıza hələlik təqdim edilməyib”, - deyə qurum rəsmisi bildirib. Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər