Azərbaycanda 2 min sahibsiz avtomobil var: Ölüb, imtina edib və tapılmır

Azərbaycanda 2 min sahibsiz avtomobil var: Ölüb, imtina edib və tapılmır
Sosial 2270

 

"Təxminən 15 ildir ki, sahibi tərəfindən atılan, qəzalı vəziyyətdə olan yararlı və yararsız avtomobillər Dövlət Yol Polisinin cərimə meydançalarında saxlanılır. DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq, əmlaklar sahibləri tərəfindən hələ də həmin duracaqlardan götürülmür".

BAKU.WS xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev cebhe.info-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, ötən il təxminən 3 minədək bu cür yararsız avtomobil vardı: "Lakin ilin sonunda bu avtomobilllərin bir qismi sahiblərinə təhvil verildi. Hazırda bu avtomobillərin sayı 2 mindən artıqdır". 

Kamran Əliyevin sözlərinə görə, bu cür avtomobillər sırasında sahibi ölən, həddindən artıq istifadəyə yararsız, o cümlədən də sahibi tapılmayan avtomobillər var ki, hələlik mühafizə edilir. DYP rəsmisi qeyd edib ki, saxlanılan bəzi avtomobillər məhkəmə qərarına müvafiq olaraq sahiblərinə təhvil verilmir. Bu cür qəzalı və yararsız avtomobillər cərimə meydançalarında saxlanması üçün heç bir ödəniş tələb olunmur. Yararsız avtomobil sahiblərinə ərizə forması verilir. Sahibi avtomobildən imtina edirsə, ərizə formasını doldurur. Daha sonra bu avtomobillər dövlət tərəfindən "çıxdaş" edilərək "metalloma" verilir.

Avtomobilindən imtina edən sahibi dövlət qeydiyyat nişanları, texniki pasportu varsa, onları təhvil verməli və ərizədə göstərməlidir ki, avtomobil onların adından çıxsın və "çıxdaş" edilərək "metallom"a təhvil verilsin. K.Əliyev bildirir ki, mühafizə olunan avtomobil markaları sırasında sovet dövrünün istehsalı ilə yanaşı yeni model avtomobillər də var. Onlar həddindən artıq istifadəyə yararsız olduğu üçün sahiblənən yoxdur.

BAKU.WS

Son xəbərlər