Yol polisləri üçün gətirilən yeni "Mercedes" markalı avtomobillərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO
21
avq
2018
16:44
“Daxili İşlər orqanlarının, eləcə də Dövlət Yol Polis xidmətinin maddi-texniki bazanın möhkəmlənməsi, DİO-nun müasir texniki vasitələrlə təmini, o cümlədən avtomobil parkının yenilənməsi ölkə və DİN rəhbərliyinin daim xüsusi diqqət və önəm verdiyi məsələlərdəndir”.Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə Azərbaycanda yol polislərinə yeni xidməti avtomobillər verilməsilə bağlı xəbərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yeni avtomobillərin alınması da bu qəbildən olan addımdır.
“Bu o demək deyil ki, həmin avtomobillər dərhal xidmətə qəbul edilir. Onların birbaşa istismara verilməsini düşünmək də sadəlövhlük olar. Bu barədə yayılan məlumatlar da doğru deyil. Hazırda DYP -nin xidməti istifadəsində olan nəqliyyat vasitələri də müasir tələblərə cavab verir, lakin zaman keçdikcə, onların istismar müddəti bitdikdən yol polisinin də avtomobil parkı yenilənir. Yəni alınan avtomobillərin üzərində nişanlama işləri aparıldıqdan, onlara yol hərəkəti təhlükəsizliyi nəzarət edən müasir texniki vasitələr, sayrışan işıqlar, səs siqnalları quraşdırıldıqdan sonra istismar müddəti zamanla keçmiş nəqliyyat vasitələrini əvızləyirlər”, - deyə Orxan Mansurzadə bildirib. Qurum rəsmisi deyir ki, bu proses mərhələli və zərurət yarandığı zaman aparılır.Qeyd edək ki, mövzu ilə əlaqədar ötən gün “Yol polisləri üçün yeni "Mercedes" markalı avtomobillər gətirildi – VİDEO” adlı matrealmızda tanış ola bilərsiz. Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Yol polisləri üçün yeni "Mercedes" markalı avtomobillər gətirildi – VİDEO
Azərbaycanda yol polislərinə yeni xidməti avtomobillər veriləcək. BAKU.WS xəbər verir ki, yol polislərinə veriləcək avtomobillər “Mercedes c-klass” modelidir....